Yevlaxda çoban 15 yaşlı qızı qətlə yetirib
08 iyun 2009 18:00 (UTC +04:00)

Yevlaxda çoban 15 yaşlı qızı qətlə yetirib

Qətldən sonra qəbiristanlıqda gizlənən çoban tutulub
Yevlax rayonunda ağır qətl hadisəsi baş verib. Yevlax rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Hürüuşağı kənd sakini, 10-cu sinif şagirdi 15 yaşlı Nişanə Hüsənlü yaşadığı evdə həmin kənddə çobanlıq edən Şəki rayonu Böyük Dəhnə kənd sakini 26 yaşlı Niyaməddin Yusifov tərəfindən ov tüfəngi ilə başından vurulmaqla qətlə yetirilib. Qətldən sonra qaçıb qəbiristanlıqda gizlənən N.Yusifov Yevlax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Qətlin motivi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
# 987

Oxşar yazılar