Ağcabədidə yol qəzası: nəvə ölüb, nənə yaralanıb
08 iyun 2009 11:15 (UTC +04:00)

Ağcabədidə yol qəzası: nəvə ölüb, nənə yaralanıb

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyunun 7-də saat 07.00 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində, kənd sakini Rəfi Rəsulovun idarə etdiyi "ZİL" markalı və Qiyamadınlı kənd sakini Əlvan Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə Ə.Məmmədovun sərnişini, oğlu Sərvan hadisə yerində ölüb, digər sərnişini, anası Əskinaz isə xəstəxanaya yerləşdirilib. Ağcabədi RPŞ tərəfindən araşdırmalar aparılır.
# 641

Oxşar yazılar