Qəzaya uğrayan “A-330” təyyarəsi tapılmayıb
05 iyun 2009 11:00 (UTC +04:00)

Qəzaya uğrayan “A-330” təyyarəsi tapılmayıb

Atlantik okeanında tapılan qalıqlar qəzaya uğrayan təyyarəyə aid deyil

Atlantik okeanından tapılan metal fraqmentlər “Air France” aviaşirkətinin bir neçə gün öncə yoxa çıxan “A-330” təyyarəsinə məxsus deyil. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya Hərbi Hava Qüvvələrinin nümayəndəsi, briqada generalı Ramon Kardozu bildirib.

Onun sözlərinə görə, tapılan fraqmentlər bu tip təyyarələrin istehsalında istifadə olunmur. Bundan əlavə, qəza baş verən ərazidə rast gəlinən sarı ləkə də təyyarədə istifadə olunan kerosin deyil, neft ləkəsidir.

Braziliya hərbi-dəniz qüvvələrinin vertolyotu gəminin göyərtəsinə 1 kvadrat metr ölçüsündə taxta parçası qaldırıb. Əvvəlcə onun təyyarənin baqaj şöbəsinin fraqmenti olduğu güman edilib. Amma Kardozu “A-330” tipli təyyarələrdə taxta fraqmentlərdən istifadə olunmadığını bəyan edib.
# 663

Oxşar yazılar