“Oazis” restoranına bomba qoyulması barədə polisə məlumat verilib
Axtarş davam etdirilir
Bakının Binəqədi rayonunda yerləşən “Oazis” restoranına bomba qoyulması barədə polisə məlumat daxil olub. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saat 16 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə naməlum şəxs tərəfindən zəng edilib və restorana partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.
Hadisə yerində hüquq mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparır. Restoranın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Hələlik heç bir bomba aşkar edilməyib.
Axtarışlar davam etdirilir.

865