Gəncədə ərzaq mağazasını yaran şəxs tutulub
04 iyun 2009 14:00 (UTC +04:00)

Gəncədə ərzaq mağazasını yaran şəxs tutulub

O, mağazadan 1000 manat pul oyurlamışdı

Mayın 31-də Gəncədəki ərzaq mağazalarından birini qarət edən şəxs tutulub. Kəpəz rayon Polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə sakini, 1978-ci il təvəllüdlü Məhərrəmov İlqar Sadiq oğluna məxsus mağazadan qapının açıq qalması və satıcının içəridə olmamasından istifadə edərək 1000 manat pul oğurlayan Goranboy rayon sakini, 1979-cu il təvəllüdlü Cəmilov Nəzər Cəmil oğlu iyunun 3-də saxlanılıb. Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Vüsalə Cənnətova
# 640

Oxşar yazılar