Bakıdakı kütləvi dava ilə bağlı rəsmi məlumat yayıldı
2 qardaş qətlə yetirilib, 2 nəfər yaralanıb, bir neçə nəfər tutulub
Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi dava ilə bağlı rəsmi məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, xəbərdə qeyd olunub ki, iyunun 3-də saat 20.30 radələrində Əzizbəyov rayonu Xaşaxuna bağlar sahəsi ev 178/3-də, orada yaşayanlar Tərlan Cəfərov və onun qardaşı Musa bıçaqla qətlə yetirilib, qohumları İsmayıl Cabbarov və Yeni Günəşli qəsəbə sakini Əfqan Mirzəyev isə bıçaq xəsarətləri alıblar. İ.Cabbarov və Ə.Mirzəyev xəstəxanaya yerləşdiriliblər.
Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac saxlanılıb, digər iştirakçıların müəyyən edilib tutulması üçün tədbirlər davam etdirilir.
Əzizbəyov RPİ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

561