Müğənni Cavanşir Məmmədov məhkəmədə nazirliyi uda bilmədi
02 iyun 2009 17:15 (UTC +04:00)

Müğənni Cavanşir Məmmədov məhkəmədə nazirliyi uda bilmədi

Əməkdar artist 4 min manatı geri ala bilmədi

Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində məşhur müğənni, Azərbaycanın Əməkdar artisti Cavanşir Məmmədovun Vergilər Nazirliyi və Bakı şəhər Vergilər Departamentinin 1 saylı filialına qarşı qaldırdığı iddia üzrə sonuncu məhkəmə prosesi keçirilib. Məhkəmədən Lent.az-a verilən məlumata görə, hakim Tahirə Əsədova iddiaya baxılmamış saxlanılması barədə qərar qəbul edib. İddiaya baxılmamış saxlanması barədə qərar bir neçə proses keçirildikdən sonra verilib.

Lent.az məsələ ilə bağlı müğənninin özünə də müraciət edib. Lakin C.Məmmədov danışmaq istəmədiyini deyib.

Xatırladaq ki, C.Məmmədov məhkəmədən artıq hesablanmış əlavə dəyər vergisinin qaytarılmasını xahiş edib. Belə ki, toylarda ifaçılıq müqabilində aldığı qonorardan vergi verən müğənni ondan təxminən 4 min manata yaxın vəsaitin artıq alındığını iddia edirdi. O, həmin vəsaitin növbəti aylarda ödəniləcək vergiyə hesablanmasını istəyirdi.

Məsələ ilə bağlı bir neçə şadlıq sarayına sorğular da göndərilmişdi.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21