Ailəsinin 8 üzvünü öldürən qatil tutuldu
02 iyun 2009 10:15 (UTC +04:00)

Ailəsinin 8 üzvünü öldürən qatil tutuldu

O, ata-anasını, qardaş-bacısını və onların övladlarını öldürdüyünü etiraf edib

Bu gün səhər Türkiyənin Adana şəhərində yaşadıqları mənzildə meyiti tapılan 8 nəfərin kimliyi müəyyənləşib.


Lent.az-ın məlumatına görə, qətlə yetirilənlər bir ailənin üzvləridir. Mənzildə cəsədi tapılanlar İbrahim Yüksəl (64 yaş), həyat yoldaşı Günay Yüksəl (62 yaş), qızı Nalan Yüksəl, oğlu Əli Yüksəl, gəlini Gül Yüksəl, nəvələri Vədat Yüksəl (6 yaş), Halil İbrahim Kopar (17 yaş) və Arif Kopardır (19 yaş).

Ailənin qatili hadisədən bir neçə saat sonra silahı ilə birlikdə yaxalanıb. Qatil İbrahim Yüksəlin oğlu, 1971-ci il təvəllüdlü Murad Yüksəldir. İlk dindirmə zamanı ailə üzvlərini qətlə yetirdiyini etiraf edən qatilin narkoman olduğu bildirilir.

İlkin ehtimala görə, qatillə ailənin digər üzvləri arasında pul üstündə mübahisə olub. Nəticədə M.Yüksəl inanılmaz cinayəti törədib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56