“Titanik”in son sərnişini Qocalar evində öldü
01 iyun 2009 18:31 (UTC +04:00)

“Titanik”in son sərnişini Qocalar evində öldü

1912-ci ildə qəza nəticəsində batan “Titanik” gəmisinin həyatdakı son sərnişini Milvana Dian 97 yaşında vəfat edib.

Lent.az-ın məlumatına görə, “Titanic International Society”dən bildirilib ki, qəza ərəfəsində 2 aylıq olan Dian İngiltərənin Hampşir bölgəsindəki Qocalar evində dünyasını dəyişib.

“Titanik” 1912-ci il aprelinin 14-də aysberqlə (buz dağı) toqquşması nəticəsində qısa müddət ərzində batmışdı. Dian anası və qardaşı ilə birlikdə qəzadan xilas olanlar sırasındaydı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar