Bakı aeroportunda sərnişinin üstündən patron tapılıb
01 iyun 2009 17:00 (UTC +04:00)

Bakı aeroportunda sərnişinin üstündən patron tapılıb

5 mm-lik naqan patronu polisə təhvil verilib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Aviasiya Təhlükəsizlik İdarəsinin aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşları Bakıdan Moskvaya uçmaq istəyən sərnişinin üzərindən bir ədəd 5 mm-lik naqan patronu aşkarlayıb. Bu barədə Lent.az-a “AZAL”dan bildirilib. Məlumata görə, J2852 saylı Bakı-Moskva marşrutu ilə uçan sərnişin İdrisov Vasif İdris oğlundan götürülmüş patron Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar