Yeni ailə qurmuş gənc faciəli şəkildə öldü
27 yanvar 2011 16:06 (UTC +04:00)

Yeni ailə qurmuş gənc faciəli şəkildə öldü

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Saray qəsəbəsində kirayə yaşayan 1985-ci il təvəllüdlü Əliyev Ramin Hümbət oğlu dəm qazından boğulub. O səhər saatlarında hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. Yaxınları Raminin hamamdan gec çıxdığını görüncə təşvişə düşüblər. Az sonra isə 26 yaşlı oğlanın dəm qazından boğulduğu məlum olub.


Məlumatda o da bildirilir ki, R.Əliyev yeni ailə qurubmuş və bu yaxınlarda ailəsi ilə birgə Şirvan şəhərindən Saraya işləmək məqsədi ilə gəlibmiş.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar