DİN Neftçala Polis Şöbəsindəki intiharla bağlı məlumat yayıb
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Neftçala rayon sakini 1980-ci il təvəllüdlü Aydın Abbasov sərxoş halda ictimai qaydanı kobud surətdə pozub.
A.Abbasov onu intizama dəvət edən Neftçala RPŞ-nin əməkdaşlarına qarşı müqavimət göstərib, habelə onlara kömək edən rayon sakini Mehman Dadaşovu yumruqla vuraraq gödəkcəsini cırıb.
Qeyd edilənlərlə əlaqədar rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb və A.Abbasov saxlanılaraq Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasına (MST) yerləşdirilib.
Yanvarın 26-da saat 16.56-da A.Abbasov MST-də mələfə ilə özünü dəmir barmaqlıqdan asıb. Mərhumun intihardan əvvəl yazdığı məktub aşkar edilib. Orada yazılıb: “Ata, ana özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimin günahı yoxdur”.

Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46