Günün tarixi
28 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

814. Fransız imperatoru Böyük Karl vəfat edib

1848. Görkəmli Azərbaycan maarifçisi Həsənəli xan Qaradaği anadan olub

1854. Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə anadan olub

1887. Eyfel qülləsinin tikintisinə başlanıb

1921. Türk kommunist Mustafa Sübhi qətlə yetirilib

1940. Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS “Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında” qərar qəbul edib

1955. Fransa prezidenti Nikola Sarkozi anadan olub

1958. Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub

1980. Diktor Aydın Qaradağlı vəfat edib

1982. Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkan erməni terror təşkilatı “ASALA” tərəfindən qətlə yetirilib

1986. Amerikanın “Challenger” kosmik gəmisi startdan 73 saniyə sonra 14 km yüksəklikdə qəzaya uğrayıb. Bütün heyət həlak olub

1992. “Ağdam-Şuşa” marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub

1993. Qazaxıstanda yeni Konstitusiya qəbul edilib

1998. Prezident Heydər Əliyev Davos sammitində iştirak edib

2003. Ukrayna prezidenti Kuçma və Rusiya prezidenti Putinin görüşü zamanı Ukrayna – RF sərhədləri dəqiq müəyyən edilib

2009. Azərbaycan və Ermənistan prezidentləri Sürixdə görüşüb.

2010. İraqda zəvvarları aparan avtomobilə atəş açılması nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, ikisi yaralanıb.

Günün aforizmi

“Eşq bir dəniz, qadın isə onun sahilidir”

Viktor Hüqo
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar