MTN-in növbəti əməliyyatı nəticəsində 20 kq narkotik götürülüb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan ümumilikdə 20 kiloqram həşiş aşkarlanaraq götürülüb.
MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Murad Alıyev və Azər Məmmədov, habelə İran İslam Respublikasının vətəndaşı Əlibala Tarıverdyan qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.
Məlum olub ki, «BELİT» markalı yük avtomobilinin sürücüsü Əlibala Tarıverdyan həmin narkotikləri idarə etdiyi nəqliyyat vasitəsində xüsusi düzəldilib yerdə gizlədərək Azərbaycan ərazisinə gətirib və Murad Alıyev ilə Bakı şəhərinin Qaradağ rayonunun ərazisində görüşmək barədə razılığa gəliblər. Murad Alıyev və Azər Məmmədov, sonuncunun idarə etdiyi «BMW» markalı avtomobil ilə Qaradağ rayonuna gələrək burada Əlibala Tarıverdyan ilə görüşüblər. Sonra onlar içərisində narkotik vasitə olan kisəni Əlibala Tarıverdyandan təhvil alıb Azər Məmmədovun idarə etdiyi avtomobildə gizlədərək Bakı istiqamətində hərəkət edərkən saxlanılıblar. Avtomobilə baxış zamanı 16 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.
MTN-in keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində «Azərbaycan-Rusiya» marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınıb.
Belə ki, Sumqayıt şəhər sakini Esmira Əsədova Masallı rayonuna gedərək burada hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən Rusiya Federasiyasının Moskva şəhərinə aparmaq üçün 4 kiloqrama yaxın narkotik vasitə olan həşiş əldə edib. Bundan sonra Esmira Əsədova taksi ilə Sumqayıt şəhərinə hərəkət edərkən saxlanılmış, baxış zamanı onun üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1063