Bakıdakı hərbi hissədə kütləvi zəhərlənmə
100-ə yaxın zəhərlənmiş hərbçi paytaxtdakı hospitala daşınır
Azərbaycan Müdafiə Nazirliyinin Qaradağ rayonu ərazisində, Qaraheybətdə yerləşən “N” saylı hərbi hissəsində əsgərlərin kütləvi şəkildə zəhərlənməsi faktı qeydə alınıb. Lent.az-a daxil olan məlumata görə, zəhərlənmənin səbəbi əsgərlərə verilən balıq konservi olub.
Zəhərlənən əsgərlərdən birinin yaxın qohumu Lent.az-a bildirib ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 100-ə yaxındır. Hazırda zəhərlənən əsgərlər hərbi və köməyə gələn mülki avtomobillərlə paytaxtdakı hərbi hospitala daşınıb.
Qaraheybətdə xidmət edən hərbçilərin APA-ya verdikləri məlumata görə isə hadisə axşam yeməyindən sonra baş verib. Hissədə olan 200-dən artıq hərbçinin halı qəflətən pisləşib. Onlar təcili olaraq paytaxtın müxtəlif xəstəxanalarına, habelə Mərkəzi Kliniki Hospitala yerləşdiriliblər. Zəhərlənənlərin əksəriyyətinin müdavimlər olduğu bildirilir. Onların balıq konservindən zəhərləndiyi ehtimal olunur.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev APA-ya açıqlamasında hadisə barədə onlara məlumatın mayın 26-da saat 22:53-də daxil bildirib. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadasının göndərildiyini deyən R. Nağıyev təcili tibbi yardım maşınları Qaraheybətdən Bakıdakı hospitala ilə 72 hərbçinin gətirildiyini qeyd edib.
Onun sözlərinə görə, təcili tibbi yardım hadisə yerinə yetişməmişdən öncə xeyli sayda hərbçi hərbi hissənin heyəti tərəfindən xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı Müdafiə Nazirliyindən hələlik hər hansı məlumat almaq mümkün olmayıb.

Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01