"Azərbaycanfilm"in İTV-yə qarşı iddiası təmin olunmadı
Bu gün Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair işlər üzrə Kollegiyasında "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı qaldırdığı iddiaya dair Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
İctimai Televiziyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri sübutlar və izahatları hərtərəfli araşdıraraq məhkəmənin 27 may 2009-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti əsassız olduğu üçün təmin etməyib, Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsini qüvvədə saxlayıb.
Qeyd edək ki, Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsi ilə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İctimai Televiziya ilə Azərbaycan filmlərinin yayımı, qonararın həcmi və hesablanmasını tənzimləyən qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Göygöldə avtomobil aşdı, sərnişin öldü
18 aprel 2025 , 22:57
Məhkəmədə Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi
18 aprel 2025 , 21:05
Bakıda qətl törədən keçmiş məhkum küçədə CAN VERDİ
18 aprel 2025 , 19:59
Madat Babayandan Xocalı soyqırımında iştirak etirafı
18 aprel 2025 , 19:50
İşdən çıxarılan qadının meyiti tapıldı
18 aprel 2025 , 19:33
Təyyarə dovşana görə havada yandı
18 aprel 2025 , 19:06
"Borcun ödənilməsi ilə bağlı danışıqlar uğurla keçərsə..." - “Oleq Bakinski”nin məhkəməsi
18 aprel 2025 , 18:13