Lənkəranda 4 uşaq anası intihar edib
25 may 2009 13:00 (UTC +04:00)

Lənkəranda 4 uşaq anası intihar edib

Lənkəranda intihar hadisəsi baş verib.

Lənkəran rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 24-də günün ikinci yarısında qeydə alınıb. Rayonun Liman şəhər sakini, 1965-ci il təvəllüdlü Xalidə Vəliağa qızı Abbasova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirdən asaraq həyatına qəsd edib. Dörd uşaq anası olan qadının özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar