Hərbi Komissarlığın şöbə rəisi adam öldürdü
Bu gün səhər saatlarında Gəncə şəhərində qətl hadisəsi baş verib.
Gəncə şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığında II şöbənin rəisi Səfər Bayramov 1985-ci il təvəllüdlü Mərdanov Coşqun İnşallah oğlunu qətlə yetirib.
Hadisə səhər saat 05:30 radələrində baş verib. Polis İdarəsindən bildirilib ki, S.Bayramov işdən dönərkən evdə həyat yoldaşı ilə birgə kənar şəxsin olduğunu görüb.
S. Bayramovla həmin şəxs arasında dava düşüb. S. Bayramov bıçaqla C. Mərdanovu vurub. Adıçəkilən şəxs hadisə yerində ölüb. S. Bayramov isə yüngül xəsarətlə Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilib. Hazırda o polis nəzarəti altındadır.
Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə isə Gəncə şəhəri Ə.Əliyev küçəsi ev 4/15-də Səfər Bayramov həmyerlisi Coşqun Mərdanov arasında qısqanclıq zəminində baş verib. Münaqişə zamanı onlar bir-birinə bıçaqla xəsarət yetirib. Nəticədə xəsarət almış S.Bayramov və C.Mərdanov xəstəxanaya yerləşdiriliblər. C.Mərdanov orada ölüb, S.Bayramovun vəziyyəti isə qənaətbəxşdir.

586