Bakıda Şotlandiya vətəndaşının noutbukunu oğurlayan qadın tutulub
26 yanvar 2011 11:45 (UTC +04:00)

Bakıda Şotlandiya vətəndaşının noutbukunu oğurlayan qadın tutulub

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oğurluq hadisəsi törətmiş Bakıxanov qəsəbə sakini, 1981-ci il təvəllüdlü Elnarə Nəsrəddinova Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

E.Nəsrəddinova noutbuku Q.Makaltinin Səməd Vurğun küçəsindəki mənzilindən oğurlayıb.

Lent.az-ın məlumatına görə, E.Nəsrəddinova daha əvvəl də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. O, 2008-ci il mart ayının 16-da Norveç Krallığının vətəndaşı Eikeskoq Arvenin mənzilindən 350 manat, mobil telefon və qızıl əşyaları oğurladığına görə tutulubmuş.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar