Polis şöbəsinin təcridxanasından 2 nəfər qaçıb
25 yanvar 2011 13:23 (UTC +04:00)

Polis şöbəsinin təcridxanasından 2 nəfər qaçıb

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə dünən gecə Göyçay Rayon Polis Şöbəsində qeydə alınıb. Şöbənin müvəqqəti saxlanma təcridxanasında saxlanılan iki nəfər polis naryadına müqavimət göstərərək, oradan qaçıblar. Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda həmin şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Göyçay Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qaçan şəxslərdən biri Cinayət Məcəlləsinin 177-ci (oğurluq), digəri isə 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək saxlanılan şəxslər olub. İstintaq sirri olduğundan həmin şəxslərin adları açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar