AİP-n Astara rayon təşkilatı sədrinin evində xeyli silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ruhulla Axundzadənin həyətindəki yardımçı təsərrüfatda bir ədəd baraban tipli tapança, 4 nömrəsi silinmiş AK markalı avtomat, 9 ədəd qumbara, 10 ədəd alışdırıcı, 2 ədəd 200 qramlıq trotil şaşkası, 3 ədəd güllə darağı, 510 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb.
Qeyd edək ki, Ruhulla Axundzadə dövlət qeydiyyatı olmayan İslam Partiyasının Astara rayon təşkilatının sədridir.
Qeyd edək ki, Ruhulla Axundzadə dövlət qeydiyyatı olmayan İslam Partiyasının Astara rayon təşkilatının sədridir.
613