Bakı bulvarında 34 yaşlı kişi bıçaqlanıb
21 yanvar 2011 12:19 (UTC +04:00)

Bakı bulvarında 34 yaşlı kişi bıçaqlanıb

0
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bulvarın kənarında - Neftçilər prospektində 1960-cı təvəllüdlü Elman Ağayev paytaxt sakini, 1977-ci ildə anadan olmuş Coşqun Nağıyevi bıçaqlayıb. O, C.Nağıyevin qarın nahiyəsinə bıçaq zərbəsi endirib və yaralı ağır vəziyyətə xəstəxanaya aparılıb.

Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Gəncə sakini Elman Ağayev yanvarın 20-də tutulub.


Araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar