Tanınmış məşqçi avtomobil qəzasına düşüb
Lent.az-ın məlumatına görə, hadisə Bakı şəhərində baş verib.
Q.Əliyevin idarə etdiyi “Mercedes E Class” markalı avtomobil 202 nömrəli marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində tanınmış mütəxəssis xəsarət almasa da avtomobilinə ciddi ziyan dəyib.
Lent.az-a açıqlamasında məşqçinin özü xəbəri təsdiqlədi. Onun özlərinə görə, bir-biri ilə ötüşən avtobuslardan biri onun maşınına toqquşub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri avtobusun günahkar olduğunu müəyyənləşdirib və Q.Əliyevin maşınına dəyən ziyanı qarşı tərəfin ödəməli olduğunu bildirib.
Lakin artıq bir neçə gün keçməsinə baxmayaraq, qarşı tərəf məşqçinin maşınını düzəltdirməkdən boyun qaçırıb. Bu səbəbdən də Q.Əliyev avtomobilini öz hesabına təmir etdirmək məcburiyyətində qalıb: “Şüşələri, buferi, başqa detalların hamısını alıb, maşını təmir etdirdim”.
Q.Əliyev Lent.az-a açıqlamasında onun avtomobili ilə toqquşan avtobusun qadın sürücü tərəfindən idarə olunduğunu da qeyd etdi.
Qeyd edək ki, Qəhrəman Əliyev Azərbaycanın futbol çempionatlarında mübarizə aparmış MOİK, "Masallı" kimi komandalara rəhbərlik edib. O, hazırda "Bakı" klubunun məşqçilər korpusunda yer alıb.
Nizam Rza

599