Ukraynada saxta Azərbaycan şərab və konyakı istehsalı aşkarlanıb
Ukraynanın Çerkas vilayətində bir səhmdar cəmiyyətə məxsus anbarda 4 min butulka “Azərbaycan incisi” adlı aksiz markası olmayan qırmızı şərab aşkarlanıb. Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu şərabın mənşəyi məlum deyil və gömrük əməkdaşları bu məhsulun artıq mağazalara yol tapdığını ehtimal edirlər.
Sonradan aparılan araşdırma zamanı bu məhsulun qanunsuz istehsalı ilə məşğul olan şəbəkə aşkarlanıb. Çerkas vilayətinin gömrük xidmətinin sədr müavini C.A.Vinnik deyib ki, şəbəkəyə məxsus müxtəlif anbarlarda olan şərab və konyak butulkaları da müsadirə edilib. Ümumilikdə, dəyəri 3,5 milyon qriven olan 60 min 149 butulka spirtli içki butulkası müsadirə edilib. Şəbəkənin 2007-ci ildən bu qanunsuz istehsalla məşğul olduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi açılıb.

693