Keçən il yol qəzalarında 925 nəfər ölüb
Baş Dövlət yol Polisi İdarəsi 2010-cu ildə Azərbaycan yollarında baş vermiş hadisələrin statistikasını yayıb.
Lent.az-ın məlumatına görə, 2010-cu il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 965231 yol hərəkət qaydası pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 21462, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 117152, ötmə qaydalarının pozulması üzrə 18143, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 54990, sərnişin daşıma qaydalarının pozulması üzrə 6319 fakt aşkar edib.
Yol hərəkəti qaydasını pozuntusuna görə 3506 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalılığın vəziyyəti nəzarətdə saxlanılıb. Hesabat dövrü ərzində Respublika ərazisində 2721 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 925 nəfər həlak olub, 2871 nəfər yaralanıb. Ötən illə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 71 (2,5%), həlak olanların sayı 5 nəfər (0,5%), yaralananların sayı 173 nəfər (5,7%) azalıb.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 455 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 238 nəfər həlak olub, 489 nəfər yaralanıb. Ötən illə müqayisədə yol nəqliyyat hadisələrində həlak olanların və yaralananların sayı uyğun olaraq 33 (6,8%), 2 (0,8%) və 55 (10,1%) azalıb. Bakı şəhəri ərazisində 1119 yol-nəqliyyat hadisəsi qeydə alınıb və bunların nəticəsində 342 nəfər həlak olub, 1115 nəfər yaralanıb. 2009-cu illə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 40 (3,5%) və 126 (10,2%) azalmış, həlak olanların sayı isə 17 (5,2%) artıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,1%-i (2534) sürücülərin YHQ pozmaları, o cümlədən 42,3%-i (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6%-i (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 %-i (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4%-i (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol nəqliyyat hadisələrinin 39,8%-ni (1084) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 837-i yaralanıb. 99 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkət qaydasını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış hadisələr nəticəsində 76 nəfər uşaq və yeniyetmə həlak olub, 270 nəfər yaralanıb. Həlak olanların 43, yaralananların isə 163 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 925 nəfərdən 744-ü kişilər, 181-i qadınlar, xəsarət almış 2871 nəfərdən isə 2131-ni kişilər, 740-nı qadınlar təşkil edib.
Nizam Rza

552