Ailəsindən 4 nəfəri öldürən şəxs danışdı - TƏFƏRRÜAT
Yanvarın 10-dan 11-nə keçən gecə Bakıda anası, arvadı və iki azyaşlı övladını qətlə yetirən Rövşən Mehrəliyev komadan ayılandan sonra istintaqa ilk ifadəsini verib. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Azərsutikinti”nin xəstəxanasına yerləşdirilən şəxs müstəntiqə törətdiyi hadisənin bəzi detallarını deyib.
Belə ki, R.Mehrəliyev həmin gecə saat 02.00 radələrində qəfil yuxudan ayıldığını və yuxulu halda 33 yaşlı həyat yoldaşı Elmiranı çağırdığını deyib. Bu zaman həyat yoldaşı onun çağırışına cavab verməyib və R.Mehrəliyev əsəbiləşərək mətbəx bıçağını götürüb. Qanlı hadisə də bundan sonra baş verib. R.Mehrəliyev ailəsindən 4 nəfəri öldürdüyünü təsdiq edib və müstəntiqə “məni tutun” deyib.
Bir neçə gün əvvəl komadan ayılmasına baxmayaraq R.Mehrəliyev istintaqa ifadə verməkdən imtina edirdi. Nizami rayon Prokurorluğu tərəfindən onunla psixoloqun söhbəti təşkil edilib. Eyni zamanda növbəti istintaq tədbirlərinin görülməsi üçün zəmin yaradılması istiqamətində ekspertizalar təyin olunub.
Məlumatda o da bildirilir ki, R.Mehrəliyev Qarabağ müharibəsi əlilidir. O, müharibədə yaralanıb və həmin müddətdən sonra onda psixoloji problemlər yaranıb.
Qeyd edək ki, R.Mehrəliyev Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 72, mənzil 34-də anası, 1950-ci il təvəllüdlü Mehrəliyeva Elmira Şərifəddin qızı, arvadı, 1978-ci il təvəllüdlü Mehrəliyeva Lalə Qədim qızını, qızı 2004-cü il təvəllüdlü Səidəni və 4 yaşlı oğlu İlhamı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Atasının törətdiyi hadisələri görən R.Mehrəliyevin qızı, 8 yaşlı Nuranə qaçaraq qonşuya xəbər verib və dərhal evə polislər gəlib. Polislərin gəldiyini görən R.Mehrəliyev özünə bıçaqla bir neçə zərbə vurub.
İstintaq davam etdirilir.
Nizam Rza

554