Yol polisi Bakı sakinlərinə müraciət etdi
18 yanvar 2011 14:47 (UTC +04:00)

Yol polisi Bakı sakinlərinə müraciət etdi

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yanvarın 20-də səhər 8.00-dan mərasim başa çatanadək paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Belə ki, Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Mikayıl Müşfiq dairəsinin Mətbuat prospekti ilə kəsişməsində, Teleteatr binası qarşısında, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsində və Parlament prospektinə bitişik küçə və yolların Şəhidlər Xiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq, istiqamət dəyişdiriləcək.

V. Əsədov, həmçinin bildirib ki, həmin ərazilərdə yol kənarında nəqliyyat vasitələrinin saxlanılmasına yol verilməyəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edərək, yanvarın 20-də adıçəkilən küçə və prospektlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, daha çox ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar