Bakıda yaşayış evi yandı: 1 ölü
17 yanvar 2011 12:39 (UTC +04:00)

Bakıda yaşayış evi yandı: 1 ölü

Bu gün səhər saatlarında Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.



Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 40 kvadrat metr olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları yanıb.

Alov söndürüldükdən sonra yanğın yerinin kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən insan cəsədi aşkarlanıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar