Anasını və bacısını öldürən Sabirabad sakini ölkədən qaçmaq istəyirmiş
17 yanvar 2011 11:41 (UTC +04:00)

Anasını və bacısını öldürən Sabirabad sakini ölkədən qaçmaq istəyirmiş

Azərbaycanın Sabirabad rayonunda ana və qızını qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib. Sabirabad Rayon Prokurorluğundan Bu APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Əbülfəz Güləliyev tərəfindən törədildiyi müəyyənləşib. Ə.Güləliyev Azərbaycandan Rusiyaya qaçmaq istəyərkən sərhəddə saxlanılıb.


Qeyd edək ki, hadisə yanvarın 12-də qeydə alınıb. Sabirabad rayon sakinləri, 82 yaşlı Xalidə Güləliyeva və onun qızı 54 yaşlı Əzizbəyim Güləliyevanın meyitləri yaşadıqları mənzildə tapılıb. Hadisə yerinə gələn əməliyyat qrupu meyitlərin üzərində xəsarətlər aşkar ediblər.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


Əlavə edək ki, saxlanılan Ə. Güləliyev mərhum X. Güləliyevanın oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar