Neft şirkətinin maşını neft quyusuna aşdı: 1 ölü, 1 yaralı
17 yanvar 2011 11:06 (UTC +04:00)

Neft şirkətinin maşını neft quyusuna aşdı: 1 ölü, 1 yaralı

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft Qaz Çıxarma İdarəsində baş verib.

İdarənin əməkdaşı, 1958-ci il təvəllüdlü Məmmədov Qafar Gülbala oğlunun idarə etdiyi “Ural” markalı yük maşını Zağlı-Zeyvə neft-qaz mədəninin yaxınlığında köhnə neft quyusuna aşıb. Qəza nəticəsində sürücü xəsarətlərlə canını qurtarıb.

Maşında olan Şabran rayon Qorğan kənd sakini, 1958-ci il təvəllüdlü Şıxəliyev Camal Camal oğlu isə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Qeyd edək ki, qəzaya düşən şəxslər “Siyəzənnef” NQÇİ-nin əməkdaşlarıdır. “Ural” markalı yük maşını da həmin idarədə qeydiyyatdadır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar