Günün tarixi
16 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1547. Rus çarı IV İvan (İvan Qroznı) taxta çıxıb
1778. Fransa ABŞ-ın müstəqilliyini tanıyıb
1804. Fransız fizik Key Lüssak hidrogen balonu ilə 7016 metr yüksəyə qalxıb. Bu rekord 50 il dəyişməz qalıb
1901. Kuba diktatoru Fulqensio Batista anadan olub
1920. ABŞ-da “Quru qanun” qüvvəyə minib. Qanunla spirtli içkilər istehsal etmək, satmaq və qəbul etmək qadağan edilib. Yeni qanunun qüvvəyə minməsi ilə ölkədə cinayətkarlıq, xüsusən də qaçaqmalçılıq və kustar içki istehsalı artıb. Vəziyyətin daha da pisləşdiyini görən hökumət bir müddət sonra qanunu ləğv edib
1920. Parisdə Millətlər Cəmiyyətinin birinci iclası keçirilib
1920. Antanta ölkələri Rusiyaya qarşı iqtisadi blokadanı qaldırıb
1956. Misir müstəqillik əldə edib
1969. SSRİ-nin “Soyuz 4” və “Soyuz 5” kosmik raketləri tarixdə ilk dəfə kosmosda birləşib
1970. Kanadada metrik sistemə keçilib
1970. Qəddafi Liviyada baş nazir və müdafiə naziri vəzifələrini öz əlində cəmləşdirib
1973. “Luna 21” kosmik stansiyası Ay səthinə uğurlu eniş edib
1982. Türk futbolçu Tuncay Şanlı anadan olub
1992. Suriya Azərbaycanın müstəqilliyini tanıyıb
1998. Nəcməddin Ərbakanın rəhbərlik etdiyi “Rəfah Partiyası” bağlanıb
2001. Konqo prezidenti Loren Dezire Kabila öz sarayında qətlə yetirilib
2002. BMT Təhlükəsizlik Şurası Bin Laden və Talibanın hesablarını dondurub
2002. Türkdilli ölkələrin mədəniyyət nazirlərinin daimi Şurası – TÜRKSOY-un 15-ci toplantısı Bakıda keçirilib
2009. Rusiyanın xarici işlər naziri Ermənistana silah satılması barədə xəbərləri təkzib edib
2009. Bakıda yaşayış binasında baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb, bina isə tam yararsız vəziyyətə düşüb

Günün aforizmi

“Təfəkkür tərzini dəyişdirmək atomu parçalamaqdan daha çətindir”.
Albert Eynşteyn.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar