Bakıda dəhşətli qətlin üstü açılıb
15 yanvar 2011 12:12 (UTC +04:00)

Bakıda dəhşətli qətlin üstü açılıb

Azərbaycan paytaxtında 3 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib.


Məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində, itkin düşmüş kimi uzun müddət axtarışda olan Sabunçu rayon sakini, 1979-cu il təvəllüdlü Aleksey Juravlyovun qətlə yetirildiyi müəyyənləşib. Məlum olub ki, Sabunçu rayon sakini, milliyyətcə rus olan 29 yaşlı Viktor Koçetkov 2008-ci il martın 3-də Mərdəkan qəsəbəsi, “Qızıl qum” bağlar sahəsində A. Juravlyovu bıçaqla qətlə yetirib. Hadisə baş verən günün səhəri isə V. Koçetkov tanışı Sergey Frolovla birgə həmin əraziyə gələrək izi itirmək məqsədi ilə meyiti yandırıb.


Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən biri saxlanılıb. Lakin onun adı hələlik açıqlanmır.


Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar