Sumqayıtda 29 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb
Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, şəhərin 17-ci mikrorayon, 38 A, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 29 yaşlı Vüsal Qurbanov yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, ərazidə olan şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin xəsarəti ağır olduğundan həkimlər onu xilas edə bilməyiblər.
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

446