Özünü asan 17 yaşlı qızı atası və qardaşı xilas etdi
14 yanvar 2011 09:50 (UTC +04:00)

Özünü asan 17 yaşlı qızı atası və qardaşı xilas etdi

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Samux şəhər sakini 1993-cü il təvəllüdlü Mamedova Təranə Nazim qızı özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Az sonra qızın atası və qardaşı onun özünü asdığını görüblər və dərhal ağaca bağlanmış kəndiri kəsərək 17 yaşlı T.Mamedovanın həyatını xilas ediblər.

17 yaşlı qızın hansı səbəbdə özünü öldürmək istədiyi hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar