“Ekspertiza uşağın atasının Əfşar Süleymani olduğunu təsdiq etdi”
“2010-cu il dekabrın 26-da Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi jurnalist-publisist Şəmsiyyə Bəylərqızının övladının atasının İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani olması barədə qərar verib. Bu barədə Lent.az-a Şəmsiyyə Bəylərqızı özü bildirib.
Şəmsiyyə Bəylərqızı qeyd edib ki, dekabrın 9-da Əfşar Süleymani ilə birlikdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə qan analizi verməyə gedib: “Burada analiz ödənişlidir, dövlət rüsumu keçirilməlidir. Çünki reaktivlər xaricdən alınır, Azərbaycanda yoxdur. Əfşar Süleymani pulunun olmadığını söylədi. Analizin pulunu iki tərəfdən biri də ödəyə bilər. Mən ödəyə bilərdim. Amma o halda Əfşar Süleymani deyəcəkdi ki, pulu Şəmsiyyə ödədiyi üçün onun xeyrinə qərar çıxardılar”.
Şəmsiyyə Bəylərqızı məsələnin həlli üçün hakimə müraciət edildiyini söyləyib: “Pulun yarısını mən ödədim, pulun yarısını isə onun boynuna qoydular. Həm də tərəflərdən hansı məhkəmədə qalib gəlirsə, uduzan tərəf də qarşı tərəfə o pulu ödəyir. Dekabrın 10-da məndən, uşaqdan və Əfşar Süleymanidən qan analizləri götürüldü. Dekabrın 26-da artıq məhkəmə-tibbi ekspertiza uşağın atasının Əfşar Süleymani olduğu barədə qərarını verdi və qərar məhkəməyə göndərildi. Mənim ödədiyim 1000 manat məhkəmə yolu ilə alınaraq mənə qaytarılmalıdır”.
Şəmisiyyə Bəylərqızı Bakı Şəhər Apelyasiya Məhkəməsində məhkəmə prosesinin yanvarın 17-də saat 12:20-də keçiriləcəyini bildirib.

722