Sabirabadda ana və qızı qətlə yetirilib - YENİLƏNİB
Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. Sabirabad rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə yanvarın 12-də qeydə alınıb.
Şəhər sakinləri, 82 yaşlı Xalidə Güləliyeva və onun qızı 54 yaşlı Əzizbəyim Güləliyevanın meyitləri yaşadıqları mənzildə tapılıb. Hadisə yerinə gələn əməliyyat qrupu meyitlərin üzərində xəsarətlər aşkar ediblər. Onların kimin tərəfindən və hansı məqsədlə öldürüldüyü hələlik məlum deyil.
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Lent.az-a verilən digər məlumata görə isə, hadisə rayonun Qalağayın kəndində baş verib. Ana və qızı uzun müddətdir, birgə yaşayırmış. Şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxs və ya şəxslər yanvarın 12-də axşam saatlarında həmin evə gələrək hər iki qadını xüsusi amansıqlıqla qətlə yetirib. Hadisə yerinə gələn əməliyyatçılar qadınların meyitini qan içində boğazları kəsilmiş halda aşkarlayıblar.
Məlumatda o da bildirilir ki, qətldən sonra evdən heç nə aparılmayıb.
Qeyd edək ki, 82 yaşlı X.Güləliyevanın başqa övladları və nəvələri var. Lakin nədənsə qadın 54 yaşlı qızı ilə birgə yaşayırmış. Ilkin olaraq qətlə yetirilən şəxslərin yaxınlarının dinirilməsinə başlanılıb.
Nizam Rza

Oxşar yazılar

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT
23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI
23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI
23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi
23 iyul 2025 , 15:08
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi
23 iyul 2025 , 14:42
Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - YENİLƏNİB
23 iyul 2025 , 14:14
Gecəyarı azərbaycanlı gəncin evi yandı
23 iyul 2025 , 13:24