Faiq Ağayevi bıçaqlayanların məhkəməsi baş tutdu
Lent.az-ın məlumatına görə, iclas saat 12:00-da keçirilməli olsa da, təqsirləndirilən şəxs Natəvan Şərifovanın həmin vaxt məhkəmə zalına gəlməməsi səbəbindən proses saat 17:00-ə təyin olunub. Saat 17.00-da başlayan hazırlıq iclasında hakim İlqar Murquzon məhkəmə istintaqının başlamasına qərar verib. Məhkəmə prosesi yanvarın 26-na təyin olunub.
Faiq Ağayev hazırlıq iclasına yenə qatılmayıb. Digər zərərçəkmiş şəxslər, təqsirləndirilənlər və onların vəkilləri prosesdə iştirak edib.
Qeyd edək ki, 2010-cu il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.
Nizam Rza

455