Oğuz rayonunda ərzaq mağazası qarət edilib
Bu barədə Lent.az-a Oğuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Oğuz rayonu, Xaçmaz kənd sakini İsmayılov Ələkbər İdris oğlu özünə məxsus ərzaq mağazasından oğruluq edilməsi barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Oğuz RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, mağazadan oğruluq edən onun həmkəndlisi, 1976-cı il təvəllüdlü Hacıyev Əliağa Ziyəddin oğludur. Ə.Hacıyev ilkin istintaq zamanı oğruluq etdiyini etiraf edib, mağazadan mobil telefonlar üçün 500 AZN dəyərində danışıq kartı və 200 AZN oğurladığını deyib. Ə.Hacıyev barəsində Oğuz RPŞ-də CM-nin 177.2.3 maddəsilə cinayət işi başlayıb, istintaq aparılır.
882