Nemət Pənahlıya 2 ay həbs cəzası verildi
10 yanvar 2011 22:26 (UTC +04:00)

Nemət Pənahlıya 2 ay həbs cəzası verildi

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 ay həbs cəzası verilib.

N.Pənahlının vəkili Elçin Sadıqov Lent.az-a bildirib ki, məhkəmənin növbətçi hakiminin sədrliyi ilə yanvarın 10-da saat 20:00-da başlayan iclasın sonunda bu qərar elan olunub.

Nemət Pənahlı bu müddəti Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar