Sevdiyi qıza qovuşmayan gənc onun atasını bıçaqladı - TƏFƏRRÜAT
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21.00 radələrində Umbakı qəsəbəsi ərazisində, H.Aslanov küçəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Etibar İmamquliyev münaqişə zəminində 1960-cı ildə anadan olmuş Akif Cavadovu bıçaqlayıb.
Lent.az-a verilən digər məlumata görə, E.İmamquliyev uzun müddətdir, A.Cavadovun qızını sevirmiş. Bir neçə dəfə evlərinə elçi göndərsə də, A.Cavadov qızını ona verməyəcəyini deyib. Lakin 28 yaşlı gənc inadından əl çəkməyib. Bir neçə gün əvvəl o, elçilərini növbəti dəfə Akif Cavadovun qapısına göndərib və yenə də rədd cavabı alıb.
Sonda Etibar çıxış yolunu sevdiyi qızın atasını öldürdə görüb. Bu məqsədlə onu bıçaqlayıb.
E.İmanmquliyev hadisəni törədəndən sonra könüllü olaraq, Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə gələrək təslim olub.
Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam Rza

825