Özünü yandıran meyxanaçının meyiti ailəsinə təhvil verilib
Tanınmış meyxana ustası Məşədibaba Aydəmirovun cəsədi ailə üzvlərinə təhvil verilib.
Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının nümayəndələri, tanınmış meyxanaçılar və qohumlarının iştirakı ilə M.Aydəmirovun meyiti 3 saylı şəhər xəstəxanasından çıxarılıb. O, bu gün Maştağa qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, Maştağa qəsəbə sakini olan 40 yaşlı Məşədibaba Aydəmirov dünən yaşadığı evin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, M.Aydəmirov bir neçə il əvvəl məşhur meyxanaçı Elçini qətlə yetirdiyinə görə həbsxanada yatıb. Onun alkoqollu içkilər, həmçinin narkotik aludəçisi olduğu bildirilir.
Nizam Rza

1361