İstanbulda azərbaycanlı biznesmendən 6 milyon dollar tələb edən cinayətkarlar yaxalandı
08 yanvar 2011 12:21 (UTC +04:00)

İstanbulda azərbaycanlı biznesmendən 6 milyon dollar tələb edən cinayətkarlar yaxalandı

İstanbulda Azərbaycan əsilli iş adamı Cavid Sadıqovu təhdid edərək 6 milyon dollar istəyən 5 şübhəli şəxs yanvarın 7-də yaxalanıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycanda inşaat və geyim paltarlarının istehsalı ilə məşğul olan Cavid Sadiqov iki ay əvvəl təhdid olunmağa başlayıb.


Cavid Sadıqov türkiyəli ortağı Vedat Turan itkin düşəndən sonra ciddi narahat olmağa başlayıb və özünü vəkil kimi qələmə verən bir nəfərin onu təhdid etməsindən sonra Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edib. Cavid Sadıqov cib telefonuna gələn zənglərin araşdırılmasını istəyərək bildirib ki, davamlı olaraq təhdid edilir. Azərbaycanlı iş adamı deyib ki, özünü vəkil kimi təqdim edən şəxs onda imza atdığı 6 milyon dollarlıq bir sənəd olduğunu söyləyir və pulu ödəməzsə, ortağı kimi öldürüləcəyi ilə hədələnir. Cavid Sadıqov özünü vəkil kimi təqdim edən şəxsdən əlavə, başqa bir nəfərin də telefonla ona zəng açaraq iş yerinin, xanımının və uşaqlarının gəlib-getdiyi ünvanları, hətta məktəblərin yerini bildiklərini, istənilən məbləğdə pul ödənməzsə, ortağı Vedat Turanın başına gələnlərin onu da başına gələcəyini söyləyib.


İstanbul Baş Prokurorluğunun təlimatı ilə polis texniki təqibə başlayıb və Cavid Sadıqovdan 6 milyon dollar istəyən 5 nəfər İstanbul, Bursa və Kocaelində eyni vaxtda keçirilən əməliyyat zamanı saxlanılıblar. M. T., Y. A., M. P., Y. S. və G. A. İstanbula gətiriliblər.


Cavid Sadıqovu ölümlə təhdid edərək 6 milyon dollar istəyən cinayətkar qrupun 2 ay əvvəl İzmit-Yalova arasındakı ərazidə aşkarlanan Vedat Turanla bərabər, başqa bir iş adamını da öldürdüyü ortaya çıxıb. Araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar