Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
07 yanvar 2011 18:37 (UTC +04:00)

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

ib. Lent.az-ın prokurorluğun saytına istinadən verdiyi məlumata görə, müşavirə 2010-cu hesabat ilində prokurorluğun Mərkəzi Aparatı tərəfindən görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.
Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov 2010-cu ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olduğunu bildirib.
Hesabat dövründə yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər sırasında Elm-Tədris Mərkəzi tərəfindən «İmtahan» informasiya sistemində test üsulu ilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılmasına başlanmasının əhəmiyyəti qeyd edilmiş və bu prosedurun prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün möhkəm stimul yaratdığı diqqətə çatdırılıb.
Prokurorluğun istintaq fəaliyyətinin daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, dövlət ittihamının müdafiəsi sahəsində işin yenidən təşkili ilə əlaqədar görülmüş işlər, «Prokurorluq haqqında» Qanunla müəyyənləşdirilmiş digər fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz nəticələrini verib.
Eyni zamanda, əməliyyat müşavirəsində 2011-ci ildə korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizənin təşkili və «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» Dövlət başçısının 22 iyun 2009-cu il tarixli Fərmanının və bu barədə Baş Prokurorluq üzrə müvafiq əmrin səmərəli icrasının təmin olunması, yaranmış vakansiyalara təyinatların aparılması yolu ilə kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2011-ci ildə 100 ştat vahidi üzrə elan edilmiş qulluğa qəbulun mütəşəkkil şəkildə həyata keçirilməsi, 2010-cu ilin yekunlarının təsdiq edilmiş qrafikə uyğun olaraq Baş Prokurorluğun struktur qurumlarında müzakirələrinin aparılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar zəruri təşkilati tədbirlərin görülməsi barədə konkret göstərişlər verilib.

Əməliyyat müşavirəsində Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 2010-cu ildə cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov tərəfindən 2011-ci ilin birinci yarımili üçün Baş Prokurorluğun iş planı barədə məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05