Binəqədidə tank mərmiləri aşkarlandı
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda məişət tullantılarının atıldığı ərazidə döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin və müvafiq qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların döyüş başlığı olmayan 361 ədəd 125mm-lik tank əleyhinə mərmilər olduğu müəyyən edilib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini və aşkarlanmış mərmilərin xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılmasını təmin ediblər.
Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə təkrar baxış keçirilib. Nəticədə, ərazidə şübhəli əşya aşkarlanmayıb. Əməliyyat saat 12:10-da başa çatıb.

492