La-Manş boğazında yanan gəmidə azərbaycanlı da olub
28 dekabr 2010 17:14 (UTC +04:00)

La-Manş boğazında yanan gəmidə azərbaycanlı da olub

Dekabrın 24-də İngiltərə ilə Fransanı ayıran La-Manş boğazında Türkiyəyə məxsus “Eren Turgut” yük gəmisində baş vermiş yanğın zamanı Azərbaycan vətəndaşı Surəddin Həmzəyev də zərərçəkənlər arasında olub. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən xilas edilən S.Həmzəyev xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, hadisə baş verən zaman gəmidə 14 nəfərlik heyət olub. Onlardan həmyerlimiz də daxil olmaqla bir qrupu Böyük Britaniyanın Sahil Mühafizə Xidməti tərəfindən xilas edilib.
Gəmi Seneqalın paytaxtı Dakardan İngiltərənin Liverpul şəhərinə yük daşıyırmış.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar