Eynulla Fətullayevin şikayəti təmin edilmədi
28 dekabr 2010 13:53 (UTC +04:00)

Eynulla Fətullayevin şikayəti təmin edilmədi

APA-nın xəbərinə görə, prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Kassasiya şikayəti təmin olunmayıb.


Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi noyabrın 5-də E. Fətullayev barəsində narkotik ittihamı ilə bağlı həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar qəbul edib. Kassasiya şikayəti həmin qərardan verilib.


Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Daha sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. Qaradağ rayon Məhkəməsi E. Fətullayevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bu qərardan apellyasiya şikayəti verilib.


Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsi E. Fətullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15