Akademik Cəmil Quliyev vəfat edib
APA-nın məlumatına görə, Azərbaycanın görkəmli tarixçi alimi, akademik Cəmil Quliyev dekabrın 27-də vəfat edib. Mərhumla vida mərasimi bu gün keçiriləcək.
Cəmil Bahadur oğlu Quliyev 1927-ci ildə Şuşa şəhərində anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 100-dən çox elmi əsəri nəşr olunub.
Bakı Dövlət Universitetinin müəllimi, professoru (1952-1972), rektoru (1989-1990), Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini (1958-1972), Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru (eyni zamanda, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru və EA-nın vitse-prezidenti vəzifəsini icra edən, 1972-1978), Azərbaycan SSR EA-nın vitse-prezidenti (1981-1990), AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1997-2001), “Naxçıvan Ensiklopediyası”nın redaktoru (1999-2002), AMEA-nın Rəyasət Heyətinin üzvü (2001-2007) olub.
1972-ci ildə EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Tarix elmləri doktoru, professor, dövlət mükafatı laureatı (1974) idi, "Şöhrət" ordeni ilə təltif edilib (2000), əməkdar elm xadimi idi (1979).
Allah rəhmət eləsin!

Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45