Arağın üstündən sirkə içdi, öldü
Dekabrın 26-da Salyan rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1955-ci il təvəllüdlü Həsənağa Bağırov evində sərxoş halda sirkə turşusu içib. H.Bağırov xəstəxanaya yerləşdirilsə də, 55 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Prokurorluqdan onu da bildiriblər ki, H.Bağırov arabir “paxmel”ini açmaq üçün, sirkədən “zakuska” kimi istifadə edirmiş. Bu dəfə isə içdiyi sirkə turşusu onun həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.
Nizam Rza

505