İki yük qatarı toqquşub
Dekabrın 27-də gecə saat 03:15-də Mingəçevir-Goran mənzilinin 227-ci kilometrində Bakıya doğru saatda 22 km sürətlə hərəkət edən yük qatarı həmin yolda qarşıda işıqforda dayanmış yük qatarı ilə toqquşub.
«Azərbaycan Dəmir Yolları» QSC-in mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, toqquşma nəticəsində qarşıdakı qatarın təkər cütü relsdən çıxıb və bununla da dəmir yolunun həmin hissəsi bağlanıb. Artıq «Fövqəladə Hallar Qatarı» MMC-nin Yevlax bölməsi hadisənin nəticələrini aradan qaldırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lokomotivə ziyan dəyməyib. Hadisənin vurduğu ziyanın müəyyən edilməsi üçün xüsusi komissiya işləyir.
Hadisə nəticəsində respublikanın qərb hissəsinə və əks istiqamətdə hərəkət edən qatarların hərəkətində problem yaranıb. Belə ki, hadisə nəticəsində Bakı-Tiflis və Bakı-Ağstafa sərnişin qatarları hadisə yeri ilə Bakı arasında, Tiflis-Bakı qatarı isə hadisə yerinin digər tərəfində dayanmalı olub. Yol açılandan sonra qatarların hər üçü hərəkəti davam etdirib.

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57