Moskvada həmyerlimiz güllələnib
APA-nın məlumatına görə, qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə ixtisaslaşan şirkətin baş direktoru olan Azərbaycan vətəndaşının meyiti Yesenin bulvarı, 14 ünvanında yerləşən evdə tapılıb. Hadisə yerinə gələn milis əməkdaşları soydaşımızın çoxsaylı güllə yaralarından dünyasını dəyişdiyini müəyyənləşdiriblər. Həlak olan azərbaycanlının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb.
821